Havada QORXUNC ANLAR: Sərnişin təyyarəsinin qapısı qopdu - VİDEO

12:55 - 06 Yanvar 2024

Havada QORXUNC ANLAR: Sərnişin təyyarəsinin qapısı qopdu - VİDEO

ABŞ-da havada olan təyyarə təcili çıxış qapısının partlaması nəticəsində Portlend Beynəlxalq Hava Limanına məcburi eniş edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Alyaska Hava Yollarına məxsus təyyarədə baş verib.

Yaranan çaxnaşma içəridəkilər tərədindən kameralara əks olunub.

Belə ki, oktyabr ayında hava yollarına təhvil verilən “Boeing 737-MAX 9” sərnişin təyyarəsi 174 sərnişin və 6 ekipaj üzvü ilə təcili olaraq Portlendə qayıtmalı olub. Təyyarə Portlendə müvəffəqiyyətlə eniş edib.

Alaska Airlines tərəfindən hadisə ilə bağlı ətraflı açıqlama verilməyib. Bildirilib ki, hadisə baş verən təyyarə axşam saatlarında havaya qalxdıqdan qısa müddət sonra təhlükəsiz şəkildə Portlendə eniş edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az