Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Ukraynaya səfəri zamanı NATO fonduna 37 milyon dollar yardım edəcəyinə söz verib.
Manset.az Kyodo News-a istinadən xəbər verir ki, Kamikava Kiyevə səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə mətbuat konfransı keçirib.
Kamikava açıqlamasında Ukraynaya dəstək vermək üçün NATO fonduna 37 milyon dollar ayıracağını vəd edib.
Yardım çərçivəsində təmin ediləcək pilotsuz hava vasitəsi aşkarlama sisteminə əlavə olaraq Kamikava, "sərt qış şərtlərinə kömək etmək üçün" 5 mobil qaz turbinli elektrik generatorunun Ukraynaya veriləcəyini bildirib.
Rusiyanın hücumlarını qınadıqlarını təkrarlayan Kamikava, həmçinin, Ukraynaya sığınacaqların inşasında, qadınlara və uşaqlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsində köməklik edəcəyinə söz verib.
Jalə
Manşet.az