Bu ölkədə "Fələstinə dəstək" nümayişi

19:54 - 07 Yanvar 2024

Bu ölkədə  \"Fələstinə dəstək\" nümayişi

İsrailin Qəzzaya hücumları ilə bağlı ABŞ-ın İsveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Manset.az xəbər verir ki, paytaxt Stokholmda İsrailin mühasirəsinə və Qəzzaya hücumlarına etiraz etmək istəyən onlarla Fələstin tərəfdarı havanın soyuq olmasına baxmayaraq Odenplan bölgəsində bir araya gəlib. Nümayişçilər buradan ABŞ səfirliyinə doğru yürüş edərək, İsrailin Qəzzaya hücumlarının hərbi cinayət kimi qiymətləndirilməsini tələb ediblər.

Nümayişçilər Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və əllərində “Azad Fələstinə, azad Qəzzaya”, “Soyqırımı dayandırın” və “İsraili boykot edin” yazılı plakatlar qaldırıblar.

“Qəzzada uşaqlar öldürülür”, “Fələstinə azadlıq” kimi şüarlar səsləndirən nümayişçilər ABŞ-ın İsrailin törətdiyi müharibə cinayətlərində şərik olduğunu müdafiə ediblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az