Avropa İttifaqının (Aİ) sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək bir ordu olmalıdır.
Manset.az xəbər verir ki, bu barədə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İtaliyanın “La Stampa” qəzetinə müsahibə verib.
Tajani müsahibədə bildirib ki,rəhbəri olduğu “Forza Italia” partiyası Avropada müdafiə sahəsində daha güclü əməkdaşlığa üstünlük verir.
Yaxın Şərqdən Hind-Sakit Okean hövzəsinə qədər böhranların yaşandığı və ABŞ, Çin, Hindistan və Rusiya kimi güclü oyunçuların olduğu bir dünyada Aİ-nin daha təsirli rol oynayacaq “orduya” malik olması lazım olduğunu müdafiə edərək, münaqişələrin qarşısını alan Tajani, "Dünyada sülh varsa, "Avropa gücü olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var və bu, təsirli bir Avropa xarici siyasətinin olması üçün əsas şərtdir" deyib.
Bu ordunun avropalıların təhlükəsizliyi üçün zəruriliyinə işarə edən nazir Tajani, “AB vətəndaşlarını ancaq artıq mövcud olan bir şey, yəni AB qoruya bilər” bildirib.
Nazir Tajani həmçinin vurğulayıb ki, Aİ-nin liderlik sistemi dəyişdirilməli və Avropa Şurasının hazırkı sədri və Avropa Komissiyasının sədri yerinə vahid sədrlik sistemi tətbiq edilməlidir.
Tajani ötən il İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ölümündən sonra Forza Italia partiyasının yeni lideri olub.
Jalə
Manşet.az