ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq təmasları çərçivəsində İordaniyadan sonra Qətərə gedib.
Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.
Blinken paytaxt Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman Al Tani ilə görüşəcək. Görüşlərdə İsrail və Fələstin arasındakı münaqişələrin müzakirə ediləcəyi gözlənilsə də, nazir Blinken və nazir Əl Taninin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Blinken Qətərdən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edəcək.