Türkiyənin yerli və milli avtomobili Togg sosial media hesabında sedan modelinə aid olduğu düşünülən bir görüntü paylaşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Toqqun yeni modelinin X platformasında paylaşılan tanıtım videosu sosial mediada böyük marağa səbəb olub.
“T10” şərhi ilə paylaşılan videoda sual işarəsi ilə yeni model adına diqqət çəkilərkən, şəkildə sözügedən avtomobilin fastback xətlərinə malik sedan olduğu görünür.
Yanvarın 9-12-də Las-Veqasda keçiriləcək CES 2024 sərgisində təqdim edilməsi gözlənilən yeni modelin daha əvvəl elan edilmiş model adlandırma sisteminə görə "T10S" olaraq buraxılacağı təxmin edilir.
Digər tərəfdən, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Toggun sedan modelinin 2024-cü ilin sonunda təqdim ediləcəyini və istehsalın 2025-ci ildə başlayacağını açıqlayıb.
Jalə
Manşet.az
T10<?>#CES2024#DoğuştanElektrikli#DoğuştanAkıllı #DoğuştanDijital#DoğuştanTemiz#ReDefineMobility#Togg pic.twitter.com/adTprvVbNq
— Togg (@Togg2022) January 7, 2024