"Tesla"və "SpaceX" öz şirkətlərinin sahibi İlon Maskın narkotik vasitələrdən istifadəsindən şübhələnir.
Manset.az-ın türk mətbuatına istinadən məlumatına görə, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Mənbənin sözlərinə görə, şirkətlər Maskın mübahisəli fikirlərindən və təxribat xarakterli hərəkətlərindən narahatdırlar. Şirkət rəsmiləri İlon Maskın narkotik istifadə etdiyi iddiasını irəli sürüblər, lakin buna dair sübut təqdim etməyiblər.
Bildirilir ki, Maskın qeyri-qanuni maddələrə aludə olması "SpaceX" ilə çoxmilyonluq dövlət müqavilələrini təhlükə altına qoya bilər.
Jalə
Manşet.az