Şarl Mişel istefa verməyəcək

22:45 - 07 Yanvar 2024

Şarl Mişel istefa verməyəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə seçkilərə qədər tutduğu vəzifədən istefa verməyəcək.

 

Manset.az xəbər verir ki, o, öz funksiyalarını seçkilərə hazırlıqla birləşdirəcək. 

Məlumata görə, Avropa İttifaqı Şurasının rəhbərinin səlahiyyətləri nəzərdə tutulduğundan 5 ay tez Mişelin varisinə veriləcək. Bu hadisə 2024-cü ilin iyununda baş verəcək.

Məlumat verən mənbə vurğulayıb ki, Mişel hazırkı səlahiyyətləri başa çatmamış Avropa Parlamentinə seçkilərdə namizədliyinin irəli sürülməsinin Avropa İttifaqını zəiflətməyəcəyinə əminliyini ifadə edir və seçkilərdə iştirak onun demokratik legitimliyini yalnız gücləndirəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az