İsrailin paytaxtı Təl-Əvivdə toplaşan minlərlə israilli növbədənkənar seçkilərin keçirilməsini və baş nazir Binyamin Netanyahunun istefasını tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəhəng ekranlarda yazılan “İndi yeganə ümidimiz seçkidir” sözləri diqqət çəkib.
Netanyahu hökumətinin siyasətinin HƏMAS-ın “güclənməsinə” imkan verdiyini iddia edən nümayişçilər “Bizi axmaqlar idarə edir” deyib.
Onlar “Qəzzada israilli məhbuslar 92 gündür əziyyət çəkir, Netanyahu və (Benni) Gantzın vecinə deyil” kimi şüarlar səsləndiriblər.
Əfsanə
Manşet.az