"Qəzzada qırğına son qoyulmalıdır" - ÜST-ün baş direktoru

16:04 - 08 Yanvar 2024

\"Qəzzada qırğına son qoyulmalıdır\" - ÜST-ün baş direktoru

İsrailin Fələstində mülki vətəndaşları hədəf alan hücumları davam edərkən, Birləşmiş Millətlər Təşkilatı daxilində işlərini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanim Ghebreyesus açıqlama verib.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Ghebreyesus ÜST və Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) səlahiyyətlilərinin dünən Əl-Əqsa Xəstəxanasını ziyarət etdiklərini və çoxlu sayda yaralının təcili müalicə üçün gətirildiyinin şahidi olduqlarını bildirib.

Ghebreyesus "ÜST işçiləri Əl-Əqsa Xəstəxanasında hər yaşdan insanların qanla örtülmüş döşəmələrdə və xaotik dəhlizlərdə müalicə olunduğu ağrılı mənzərələr gördülər", - deyə bildirib.

"Qəzzadakı qırğına son qoyulmalıdır" deyən Ghebreyesus təxliyyə əmri və təhlükəsizlik olmadığı üçün 5 həkimin xəstəxanada qaldığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az