"“Şimal axını”nın partladılması ilə bağlı dəlillər gizlədilir" - ABŞ mediası

17:38 - 08 Yanvar 2024

\"“Şimal axını”nın partladılması ilə bağlı dəlillər gizlədilir\" - ABŞ mediası

Əvvəlki Polşa hökuməti “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar törədən diversantlar haqqında məlumatları gizlədib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” avropalı müstəntiqlərə istinadən məlumat yayıb.

"Müstəntiqlərin fikrincə, Polşa rəsmiləri məlumat verməyə tələsməyiblər. Onlar təxribatçıların Polşa torpaqlarında iddia edilən hərəkətləri ilə bağlı əsas sübutları gizlədiblər", - məqalədə deyilir.

Xüsusilə, onlar müşahidə kameralarının çəkiyi görüntüləri istintaqla bölüşməkdən imtina ediblər. Bəzi idarələrin məsul şəxsləri isə ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının sorğularına cavab verməyib, ya da təhrif olunmuş və ya ziddiyyətli məlumatlar paylaşıblar.

Bu arada, istintaq terror aktının Polşa ərazisindən istifadə etməklə Ukraynadan həyata keçirildiyi qənaətinə gəlib. Lakin müstəntiqlər Mateuş Moravitski hökumətinin gözlənilən təxribatdan xəbəri olub-olmadığını hələ müəyyənləşdirə bilmıyiblər.

Müstəntiqlər ümid edirlər ki, yeni Polşa hökuməti dəlilləri bölüşməyə və hücumla bağlı şəraitə işıq salmağa kömək etməyə həvəsli olacaq.

Xatırladaq ki, 26 sentyabr 2022-ci ildə “Şimal axını” və “Şimal axını- 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. İsveç Prokurorluğu baş verənlərlə bağlı araşdırmalara başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az