Livanın "Hizbullah" təşkilatının "Radvan" bölməsinin yüksək rütbəli komandiri İsrailin endirdiyi avia zərbə zamanı həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə üç təhlükəsizlik mənbəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Livanda oktyabrın 7-dən bəri 130-dan çox "Hizbullah" üzvü dünyasını dəyişib.