Bu ölkədə qrip halları artdı: Xəstəxanalarda maska ​​tələbi başladı

17:47 - 08 Yanvar 2024

Bu ölkədə qrip halları artdı: Xəstəxanalarda maska ​​tələbi başladı

İspaniyada son 4 həfdə ərzində qrip və "COVID-19" kəsgin şəkildə artıbartıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın 17 muxtar hökumətindən 4-də xəstəxanalarda və bütün digər sağlamlıq mərkəzlərində maska ​​öhdəliyi tətbiq edilib.

Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son bir həftədə ölkədə qriplə bağlı xəstəxanaya yerləşdirilənlərin sayı təxminən 60 faiz artıb.

Xəstəxanalarda tənəffüs yoluxucu infeksiyaların ən yüksək sıxlığı Kastilya-La Mançada (100 min nəfərə orta hesabla 1709 hadisə), Valensiya, Asturiya, Kanar adaları və Kastilya və Leon muxtar hökumətlərində müşahidə olunur.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az