Bu ölkələr 1 milyardlıq saziş imzaladı

00:46 - 09 Yanvar 2024

Bu ölkələr 1 milyardlıq saziş imzaladı

Nigeriyanın “NIGUS International” şirkəti və Çinin “Zhongmin Xinjunlong” şirkəti səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Vanguard” portalı məlumat yayıb.

Nigeriya şirkətinin rəhbəri Malik Ado İbrahimin sözlərinə görə, Çin şirkəti ilə əməkdaşlıq ölkəsində məşəl qazının kommersiya istifadəsi və “yaşıl enerji”nin inkişafı üçün ən son texnologiyaları cəlb etməyə imkan verəcək.

Qazın sintetik dizel yanacağına və məişət ehtiyacları üçün maye qaza emal ediləcəyi güman edilir.

“Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır”, - şirkətin rəhbəri bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az