Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

08:54 - 09 Yanvar 2024

Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 180 nəfərə çatıb. 

Ən son məlumata görə, 565 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 195 nəfər isə itkin düşüb. 

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az