ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılması tələbi rədd edilən müttəhim Deobra Redden hakimə hücum edib və görüntülər ictimaiyyətdə böyük əks-səda doğurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən həftə məhkəmə iclasında hakim Kay Holtusa hücum edən Redden ikinci iclasa xüsusi ehtiyatla maska, əlcək və zəncirlə gətirilib.
Qeyd edək ki, 30 yaşlı Redden beysbol çubuğu ilə bir adama hücum etdiyi üçün 4 ilə qədər həbs cəzası alıb.
Əfsanə
Manşet.az