Kino və televiziya dünyasının ən prestijli mükafatlarından biri olan “Qızıl Qlobus” mükafatları dünən axşam keçirilən möhtəşəm mərasimlə sahiblərini tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gecəyə qatılan məşhur müğənni Taylor Svift mərasimin aparıcısı Co Koyun sevgilisi Travis Kelce haqqında etdiyi zarafatdan əsəbiləşərək mərasimi erkən tərk edib.
Koy, Sviftin sevgilisi, amerikalı futbolçu Travis Kelceni dəstəkləmək üçün matçlara tez-tez getməsinə və Sviftə fokuslanan kameralara istinad edib. Koyun zarafatından sonra kameralar Sviftə çevrilsə də, məşhur müğənninin üzü qaşqabaqlı olub. Gecənin sonunda Sviftin yoxluğu bir çox pərəstişkarının diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə qısa zamanda trend mövzusuna çevrilən hadisəyə bir çox istifadəçi şərh verib.
Əfsanə
Manşet.az