Narkobaron həbsxanadan yoxa çıxdı

12:30 - 09 Yanvar 2024

Narkobaron həbsxanadan yoxa çıxdı

Ekvadorda həbsxanada olan narkobaron yoxa çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Los Choneros” adlı dəstəyə rəhbərlik edən “Fito” ləqəbli narkobaron Xose Adolfo Macias Villamarın axtarışı üçün genişmiqyaslı əməliyyat başladılıb.

Prezidentin sözçüsü Roberto İzurieta verdiyi açıqlamada əməliyyatda 3 mindən çox adamın iştirak etdiyini bildirib və "Hüquq-mühafizə qüvvələrinin cəsarəti və qətiyyətinə görə minnətdarıq" deyib.

Qeyd edək ki, Xose Adolfo Macias Villamar 2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi müxtəlif cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib. Prezidentliyə namizəd Fernando Villavicencio-nun qətlində şübhəli bilinən Fito avqust ayında keçirilən böyük əməliyyatla yüksək təhlükəsizliklə qorunan La Roka həbsxanasına köçürülüb. Təşkilatın lideri sentyabr ayında məhkəmənin qərarı ilə Quayaquil bölgəsindəki həbsxanaya geri göndərilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az