Cənubi Koreyada it ətinin ticarətini və istehlakını qadağan edən qanun layihəsi təsdiqlənib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qanun üç ildən sonra qüvvəyə minəcək.
Milli Assambleyada itlərin yetişdirilməsi, kəsilməsi, paylanması və ət üçün satışını qadağan edən qanun layihəsi lehinə 208, bitərəf 2 səslə qəbul edilib.
Qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır və qanunu pozanlara maksimum 2 il həbs və ya təxminən 23 min dollar pul cəzası verilə bilər.
Qanun layihəsi həmçinin it əti sənayesində çalışan insanlara iş yerlərini dəyişmək üçün subsidiyaların verilməsini nəzərdə tutur.
Hökumətin məlumatına görə, Cənubi Koreyada təxminən 1150 it ferması, 34 qəssab, 219 distribyutor və it ətindən hazırlanmış yeməklər satan təxminən 1600 restoran var.
Cənubi Koreyada keçirilən sorğuda iştirakçıların yüzdə 90-dan çoxu it əti yeməyi düşünməyəcəklərini bildirib.
Əfsanə
Manşet.az