Ilıcalı "Liverpul"un ulduzunu transfer etdi

16:50 - 09 Yanvar 2024

Ilıcalı \"Liverpul\"un ulduzunu transfer etdi

"Hall Siti"nin sahibi Acun Ilıcalı "Liverpul"dan gənc futbolçu Fabio Karvalyonun transferi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc futbolçu tezliklə sağlamlıq müayinəsindən keçəcək.

Ilıcalı açıqlamasında "Fabio Karvalyonun transferi üçün "Liverpul"la razılığa gəldik. Heyətimizə bizi hədəflərimizə aparacaq mükəmməl bir ad daha əlavə etdik! Transfer prosesi çox çətin keçdi, amma 15-dən çox təklif alan Karvalyo Hull-u seçdi. Biz çox xoşbəxtik. Böyük bir iş bacardıq!" ifadələrini işlədib.

İcarə müqaviləsində alqı-satqı variantı olmayacaq və 21 yaşlı futbolçu qısa müddətdə sağlamlıq müayinəsindən keçəcək. Fabio Karvalyo mövsümün ilk yarısını icarə əsasında RB Leipzig-də keçirib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az