Ermənistandan İrana 66 ton qara metal qırıntısı ixrac etməyə cəhd edilib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, qanunvericiliklə qadağan olunub.
Mehri keçid məntəqəsində 3 yüklənmiş avtomobil saxlanılıb. Mallar qeydiyyata alınıb.