34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldu

17:47 - 09 Yanvar 2024

34 yaşlı Qabriel Attal Fransanın yeni baş naziri oldu

Fransa prezidenti Emmanuel Makron Elizabet Bornenin istefasından sonra 34 yaşlı Qabriel Attalı baş nazir təyin edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş təhsil naziri Qabriel Attal Fransa tarixinin ən gənc baş naziri oldu. Həmçinin, o, homoseksual olduğunu açıq şəkildə bildirərək ölkədə səs-küy yaratmışdı.

Attalın qısa müddətdə yeni kabineti formalaşdıracağı gözlənilir.

Yelisey Sarayından verilən açıqlamada “Cümhuriyyət Prezidenti cənab Qabriel Attalı baş nazir təyin etdi və hökuməti qurmaq vəzifəsini ona verdi” deyilir. Sosial media hesabında paylaşım edən Makron, həmçinin, Attalın enerjisinə və bağlılığına güvəndiyini bildirib.

Qeyd edək ki, Attalın keçən il təhsil naziri vəzifəsinə gəldikdən sonra atdığı ilk addım dövlət məktəblərində çarşaf taxmağı qadağan etmək oldu və bu siyasət onu mühafizəkar seçicilər arasında populyarlaşdırdı.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az