"ABŞ Ukrayna birləşmələrinin insan resurslarının tükənməsinə və döyüş meydanında nəticə əldə edə bilməməsinə baxmayaraq, ukraynalıların həyatı bahasına dünyada lider olmaq məqsədinə nail olmağa çalışır."
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Nazir Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Rusiya hərbi birləşmələrinin Ukrayna ordusunun döyüş potensialını azaltdığını bildirən Şoyqu, "Ötən il düşmənin itkiləri 215 min nəfəri və 28 mini silahını ötüb. Bütün cəbhə xətti boyunca strateji təşəbbüsü qoruyub saxlayırıq" deyib.
ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəyərləndirən Şoyqu deyib:
"ABŞ Ukrayna birləşmələrinin insan resurslarının tükənməsinə və döyüş meydanında nəticə əldə edə bilməməsinə baxmayaraq, ukraynalıların həyatı bahasına dünyada lider olmaq məqsədinə nail olmağa çalışır. Kiyev administrasiyası , Qərb dövlətlərini rəhbər tutaraq əsgərlərini ölümə vadar edir və ordunun sıralarını artırmaq üçün hər cür fürsət axtarır.Təbii ki, bu, təmas xəttində “Vəziyyəti dəyişməyəcək, yalnız münaqişəni uzadacaq. Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmağa davam edəcəyik”.
Rusiyanın nüvə triadasının döyüş hazırlığının ən yüksək səviyyədə saxlanması baxımından əhəmiyyətini vurğulayan Şoyqu Rusiya ordusu və donanmasını müasir silahlarla təchiz etməyə davam edəcəklərini bildirib.
Şoyqu Ukraynada döyüşən qoşunlara silah göndərilməsini və pilotsuz uçuş aparatlarının kütləvi istehsalını davam etdirəcəklərini bəyan edib.
Jalə