“Yeni terrorun qarşısı alınıb” - Rusiya MN

19:23 - 09 Yanvar 2024

“Yeni terrorun qarşısı alınıb” - Rusiya MN

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısının alınması barədə məlumat yayıb.

 

Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus 4 təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) Kursk və Orlov vilayətlərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Qeyd olunub ki, Kiyev rejimi təyyarə tipli PUA-larla Rusiya Federasiyasının ərazisindəki mülki obyektlərə qarşı yeni terror aktı törətməyə cəhd edib.

İlk iki PUA Orlov şəhərindəki yanacaq-energetika məntəqəsinə düşüb.

Hücum nəticəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az