Blinken Netanyahu ilə görüşdü

00:00 - 10 Yanvar 2024

Blinken Netanyahu ilə görüşdü

İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Blinken İsraili dəstəklədiklərini dəfələrlə təkrarlasa da, Qəzzada mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

“Mülkilərin zərər görməsinin qarşısının alınması, mülki infrastrukturun qorunması və Qəzza daxilində humanitar yardımların paylanmasının təmin edilməsinin vacibliyini də vurğuladım”, - deyə Blinken “X” sosial media platformasında paylaşım edib.

ABŞ dövlət katibinin sabah davam edəcək səfəri çərçivəsində İsrailin müdafiə naziri Yoav Gallant, Müharibə kabinetinin üzvü Benni Qantz və müxalifət lideri Yair Lapidlə görüşləri gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az