Türkiyədə RTÜK cəzası səbəbi ilə “Kızıl Qoncalar” serialının yayımlanmadığı gündə Star TV-də yayımlanan “Ömər” serialındakı “təriqət” səhnəsi diqqət çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən səhnədə serialın baş rol ifaçılarından Barış Falayın canlandırdığı Reşat obrazı təriqət başçısı Nurəddin Əfəndiyə bunları deyib:
“Burax bu xurafatları! Allahdan qorxmaz, bəndədən utanmaz Nurəddin Əfəndi. İnsanları Allahın adından istifadə edib aldadırsan. Din adından qondarma və Qurana zidd şeylər danışırsınız. Sənin kimilərin ucbatından bu din tanınmaz və yaşanmaz hala gəlib. Siz hər yaşda olan insanları, xüsusən də gəncləri dindən uzaqlaşdırdınız. Əgər din adından danışacaqsansa, xurafat yox, Allahın kitabından danışacaqsan! Söhbət dünya nemətlərinə və nümayişinə gəlincə, bu dünya həyatı həqiqətən sizin kimi insanların başını gicəlləndirib. Bu evlər, maşınlar, cangüdənlər... Həqiqi möminlər din adı ilə ancaq Allahın sözünə inanır və dində yalnız Onun rəsulunu nümunə götürürlər. Allahdan başqasına ibadət və səcdə etməzlər. Ey müsəlmanlar, oyanın! Dinimizi təhrif edib sizi aldatmasınlar!”
Əfsanə
Manşet.az