BMT-nin helikopteri qaçırıldı - 8 girov var

09:37 - 11 Yanvar 2024

BMT-nin helikopteri qaçırıldı - 8 girov var

Somalidə BMT missiyasının helikopteri silahlı şəxslər tərəfindən qaçırılıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, helikopterin göyərtəsində Keniya, Uqanda və Misir vətəndaşları olmaqla 9 nəfər olub. 

Helikopterin “Əş-Şabab” radikal qruplaşmasının üzvləri tərəfindən ələ keçirildiyi və onların göyərtədə olan misirli həkimi qətlə yetirdikləri bildirilir. Digər şəxslər isə girov saxlanılır. 

BMT-nin yüksəkvəzifəli məmurlarından birinin məlumatına görə, təşkilat sözügedən insidenti həll etmək üçün fövqəladə işçi qrupu yaradıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az