Cənubi Amerika ölkəsi Ekvadorda dəstə üzvlərinə qarşı ölkə daxilində həyata keçirilən əməliyyatlarda 329 nəfər saxlanılıb və 5 dəstə üzvü öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında bildirib.
Vela əməliyyatlar zamanı 2 polisin həyatını itirdiyini, 1 polisin isə ağır yaralandığını, həmçinin, iğtişaşların baş verdiyi 5 həbsxanada hələ də 139 mühafizəçinin girov olduğunu açıqlayıb. Vela dəstə üzvləri tərəfindən zorla saxlanılan 41 asayiş keşikçisinin xilas edildiyini, həbsxanadan qaçan 28 məhbusun isə ələ keçirildiyini bildirib.
Son 2 gündə 61 silah ələ keçirildiyi vurğulanıb.
Əfsanə
Manşet.az