ABŞ-dan İsraili heyrətə gətirən HƏMAS etirafı

12:49 - 11 Yanvar 2024

ABŞ-dan İsraili heyrətə gətirən HƏMAS etirafı

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Hərbi Nazirlər Kabineti ilə görüşü "sərt" keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsraildə yayımlanan "Kanal 13" xəbər verib.

Xəbərə görə, görüşdə Blinken İsrail rəsmilərinə ABŞ-ın Qəzzada müharibə bitdikdən sonra iki dövlətli həll yolunu həyata keçirmək istədiyini və “Həması tamamilə yox etmək mümkün deyil” deyib.

Blinken İsrail nazirlərinə "Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var. Bunu qəbul etməlisiniz" deyib. Buna cavab olaraq İsrailin strateji işlər naziri Ron Dermer İordan çayının qərb sahilindəki fələstinlilərin 85 faizinin HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumu dəstəklədiyini bildirib.

Kanal 13-ə danışan və adları açıqlanmayan yüksək səviyyəli İsrail rəsmiləri Blinkenin, "İki dövlətli həll bir vizyon olaraq təqdim edilməsə, İsrail siyasi cəhətdən irəliləməyəcək. Hətta Səudiyyə Ərəbistanı ilə də (normallaşma məsələsinə işarə edir)" ifadələrini işlətdiyini deyib.

Xəbərlə bağlı İsrail və ABŞ-dan heç bir açıqlama verilməyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az