ABŞ-ın Şimali Karolina ştatında 44 il haqsız yerə həbsdə olan Ronnie Longa 25 milyon dollar təzminat ödəniləcəyi açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məluymatına görə, ABŞ Apellyasiya Məhkəməsinin hakimi Stephanie Thacker mövzu ilə bağlı edilən açıqlamalar "polisin qəsdən maddi sübutları gizlətdiyi anlaşıldıqdan sonra" 27 avqust 2020-ci ildə Lonq haqqında hökmün ləğv edildiyini bildirib.
Haqsız yerə 44 il 3 ay 17 gün həbsdə olan Lonqun vəkilləri razılaşdırılmış rəqəmi (25 milyon dollar) ölkədə "ən böyük haqsız yerə məhkumluq təzminatlarından biri" kimi qiymətləndiriblər.
Longun təzminat iddiası qaldırdığı Konkord Şəhər Şurasından verilən yazılı açıqlamada, "Konkord şəhəri, Longun haqsız yerə məhkum edilməsinə səbəb olan əvvəlki şəhər işçilərinin əhəmiyyətli səhvləri və qəsdən sui-istifadə etmələri üçün məsuliyyəti qəbul edir" deyilib.
Bəyanatda "Cənab Lonq və ailəsinə onlardan alınan hər şeyi tam bərpa edəcək heç bir tədbir olmasa da, biz keçmişin səhvlərini düzəltmək və bu razılaşma vasitəsilə məsuliyyəti öz üzərimizə götürmək üçün əlimizdən gələni edirik", - deyilib.
Qeyd edək ki, ABŞ-ın Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etmək ittihamı ilə 44 il həbsdə yatan 68 yaşlı Lonqun 1976-cı ildə 21 yaşında olarkən "ağdərili qadını zorlamaq və oğurlamaq"da günahlandırılıb və tamamilə ağdərili münsiflər heyətinin qərarı ilə iki dəfə ömürlük həbs cəzasına məhkum edilmişdi.
Əfsanə
Manşet.az