Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə vətəndaşlarının mart ayından etibarən Yunanıstanın 10 adasına vizasız gedə biləcəklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstan Dövlət Televiziyası ERT-ə danışan Mitsotakis Yunan adalarında türklərə veriləcək 7 günlük turist vizasından da danışıb.
Türkiyə ilə Yunanıstan arasında əlaqələrin son vaxtlar normallaşdığını vurğulayan Mitsotakis, türk turistlərin 10 adaya daxil olması üçün viza rahatlığı təmin edəcək tətbiqin mart ayından etibarən başlayacağını bildirib.
Yunanıstanın immiqrasiya naziri Dimitris Kairidesin əvvəlki açıqlamasına görə, Türkiyə vətəndaşlarının vizasız gedə biləcəyi adalar aşağıdakılardır:
1. Sakız adaları
2.Lesbos adası
3. Rodos adası
4.Samos adası
5.Kos adası
6. Meis adası
7.Patmos adası
8.Leros adası
9.Kalimnos adası
10.Simi adası
Əfsanə
Manşet.az