Pakistanın Pəncab əyalətində soyuq hava və epidemiya səbəbindən son 10 gündə ölən uşaqların sayı açıqlanıb.
Manset.az Daun qəzetinə istinadən xəbər verir ki, rəsmilər Covid-19 kimi, sətəlcəmin son vaxtlar uşaqlar arasında da yayıldığını bildiriblər.
Səlahiyyətlilər qeyd edib ki, son 10 gündə ştatda 36 uşaq pnevmoniyadan ölüb.
Həmçinin onlar ailələrə uşaqların maska, əlcək və isti paltar geyinmələri barədə xəbərdarlıq edib.
Jalə
Manşet.az