Ukraynada 10 mindən çox dinc sakin həlak olub

19:46 - 11 Yanvar 2024

Ukraynada 10 mindən çox dinc sakin həlak olub

Ukraynada müharibə başlayandan bəri 10200-dən çox dinc sakin həlak olub, 19300-dən çox insan yaralanıb. 

 

Manset.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin direktoru Edem Vosornunun hesabatında deyilir.

Qeyd olunur ki, təkcə 2023-cü ilin dekabr ayının sonundan indiyədək Rusiyanın zərbələri nəticəsində 125 nəfər ölüb, 550-dən çox insan yaralanıb. İki ilə yaxın müharibə zamanı həlak olanlar arasında 575 uşaq da var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az