Türkiyənin Ağdəniz rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 19:14 radələrində baş verən yeraltı təkanların episentri 5.5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqda hələ məlumat yoxdur.
Jalə
Manşet.az