Fransanın yeni baş naziri öz sevgilisini nazir təyin etdi

10:14 - 12 Yanvar 2024

Fransanın yeni baş naziri öz sevgilisini nazir təyin etdi

Fransanın ən gənc və ilk açıq gey baş naziri 34 yaşlı Qabriel Attalın formalaşdırdığı kabinet açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Attal 2017-ci ildə üzük taxıb bir müddət birlikdə yaşadığı, keçən il ayrıldığı keçmiş sevgilisi Stefan Sejourne-ni xarici işlər naziri təyin edib.

Prezident Makronun “Renessans” partiyasının lideri, 38 yaşlı Sejourne ölkənin ən gənc xarici işlər naziri olub.

Təyin ilə bağlı sosial media hesabından açıqlama verən Sejourne bu ifadələri istifadə edib:

“Baş nazirin təklifi ilə prezident tərəfindən Avropa və Xarici İşlər Naziri təyin olundum. Bunun nə qədər böyük şərəf olduğunu anlayıram. Bu, çox böyük bir şeydir. Ölkəmizin bənzərsiz səsini dünyaya çatdırmaq mənim borcum olacaq”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az