Cənubi Amerika ölkəsi Ekvadorda narkotik dəstəsinin lideri Fito ləqəbli Adolfo Macias Salazar həbsxanadan qaçdıqdan sonra dəstə üzvləri üsyana başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisələr zamanı 7 həbsxanada 178 mühafizəçinin girov götürüldüyü açıqlanıb.
Bildirilib ki, televiziya kanalına da basqın edərək jurnalistləri girov götürən dəstə üzvləri Machala, Loja, Cuenca, Azogues, Latacunga, Ambato və Esmeraldas həbsxanalarında 178 mühafizəçini girov götürüblər.
Azadlıqdan Məhrum Olunmuş Şəxslərə Hərtərəfli Milli Xidmətdən (SNAI) verilən açıqlamada iğtişaşların baş verdiyi həbsxanalarda mühafizəçilərin həyatı təhlükəsinin olduğu və danışıqların davam etdiyi bildirilib.
Həbsxanaların yerləşdiyi ərazilərdə geniş təhlükəsizlik tədbirləri görən hərbçilər və polis vaxtaşırı əməliyyatlar həyata keçirir.
Əfsanə
Manşet.az