Putinin qızı ilk dəfə müsahibə verdi: Şok açıqlamalar

17:10 - 12 Yanvar 2024

Putinin qızı ilk dəfə müsahibə verdi: Şok açıqlamalar

Putinin illərdir gözdən uzaq tutduğu 38 yaşlı həkim qızı Mariya Vorontsova ilk dəfə Rusiya mətbuatına danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin qızının müsahibəsi diqqət çəkib.

Putinin böyük qızı Mariya Vorontsova ədəbiyyat, idman və poeziya kimi mövzularda danışıb.

O, Rusiyanın insan mərkəzli dövlət olduğunu, hər zaman insan həyatına dəyər verdiyini bildirib.

Vorontsovanın sözlərinə Ukrayna mediası çox sərt reaksiya verib.

Putinin qızının açıqlamalarının bəzi hissələri də diqqət çəkib. Vorontsova deyib ki, o, insanların özlərini tanımaq imkanına sahib olduğunu xəyal etdiyini və bununla hamımızın bir-birimizi daha yaxşı başa düşəcəyimizi bildirib.

Qeyd edək ki, Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan qızı Vorantsova 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Hollandiyalı iş adamı ilə evli olan Vorantsova 2022-ci ildən Aİ və ABŞ-ın sanksiya siyahısındadır.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az