17 yaşlı oğlan qonşu ailənin 4 üzvünü öldürməkdə ittiham olunur

17:42 - 12 Yanvar 2024

17 yaşlı oğlan qonşu ailənin 4 üzvünü öldürməkdə ittiham olunur

ABŞ-ın Kaliforniya ştatında qonşu ailədən 4 nəfəri öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin həbsinin davam etdirilməsi qərara alınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yetkinlik yaşına çatmayanlar üzrə məhkəmədə hakim qarşısına çıxan 17 yaşlı müttəhim ona qarşı irəli sürülən ittihamları rədd edib.

Hakim tərəfindən həbs-qətimkan tədbirinin davam etdirilməsi ilə bağlı qərar çıxarılan təqsirkarın 4 qətldə təqsirli bilinəcəyi təqdirdə 25 yaşına qədər islah müəssisəsində saxlanacağı gözlənilir. Prokurorlar isə onun yetkinlik yaşına çatmış kimi mühakimə olunmasını tələb edirlər, bu halda şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası ala bilər.

Polis öldürülən 4 nəfərdən 3-nün cəsədinin qurbanların evlərinin arxasındakı bağda, digərinin isə müttəhimin evinin qarajında ​​basdırıldığını açıqlayıb.

Polis qurbanların evində silah və pul olan seyfin zorla açılaraq boşaldıldığını və bunun qətl üçün mümkün motiv ola biləcəyini açıqlayıb.

Digər tərəfdən müttəhimin anası və sevgilisi qətllərdə şərik olmaqda ittiham olunsalar da, zaminə buraxılıblar.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az