Gökay Kalaycıoğlu ilə “360 Dərəcə” verilişində qonaq olan müğənni Altay niyə uşaq sahibi olmadığından danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 22 il əvvəl ailə qurduğu Gülsün Biberlə ortaq övladı olmadıqlarını qeyd edən müğənni həyat yoldaşının əvvəlki evliliyindən olan qızına övladı kimi baxdığını və ona söz verdiyini bildirib.
Həyat yoldaşının qızını öz soyadına aldığını və başqa uşağa ehtiyac duymadığını qeyd edən Altay “Qızımız Zeynəb mənə “anamla öpüşmək, uşaq sahibi olmaq olmaz” dediyi üçün ona verdiyim sözü tutdum” deyib:
“Qızımız başqa uşaq istəmədiyi üçün həyat yoldaşımla bioloji övladımız yoxdur. Həyat yoldaşımın qızını övladlığa götürdüm, o mənim qızımdır. Qızım Zeyneplə fəxr edirəm. Zeynep həyatımdakı ən böyük dəyərdir. Zeynep artıq mənim qızımdır, Başqa övlad sahibi olmağıma ehtiyac duymadım. Zeynəbə verdiyim sözü tutdum”.
Əfsanə
Manşet.az