İtkin düşən Rus turistdən yeni xəbər var - DƏHŞƏT (FOTO)

18:43 - 12 Yanvar 2024

İtkin düşən Rus turistdən yeni xəbər var - DƏHŞƏT (FOTO)

Xəbər verdiyimiz kimi, Rusiyalı turist Nadejda Yarıgina  yanvarın 4-də Türkiyənin  Antalya şəhərində itib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya vətəndaşı 40 yaşlı  Nadejda Larıginanın cansız cəsədi meşədə tapılıb.

Polis əməkdaşları  dünən axşam saatlarında Nadejda Larıginanın qaldığı otel otağında əşyaları arasında tapılmayan mobil telefonunu dağlıq ərazidə tapıblar. Laryginanın telefonu müayinə olunmaq üçün Rayon Polis Şöbəsi qruplarına təhvil verilib.

Qeyd edək ki, Nadejdanın axtarışı  dünən axşam saatlarında r bu gün səhər saatlarına qədər davam edib.  Günorta saatlarında axtarış polisləri  Nadejdanın cansız cəsədini Kiriş Mahallesi yolundan təxminən 400 metr aralıda meşədə tapıblar. 

Polis əməkdaşları tərəfindən bildirilib ki, Nadejdanın cəsədinin yanında biri boş, digəri dolu iki spirtli içki şüşəsi olub . Məlum olub ki, Laryginanın tapıldığı yer onun cib telefonuna çatdığı əraziyə yaxın olub.

Hadisə yerində aparılan araşdırmalardan sonra rus turistin cəsədi polis tərəfindən cənazəsi Kəmər Dövlət Xəstəxanasının morquna göndərilib. 

Bildirilib ki, Larıginanın ölümü ilə bağlı istintaq davam edir.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az