Avtomobilin vurduğu məşhur şair öldü - FOTO

22:26 - 12 Yanvar 2024

Avtomobilin vurduğu məşhur şair öldü - FOTO

Moskvada avtomobilin vurması nəticəsində komada olan məşhur şairi Lev Rubinşteyn xəstəxanada dünyasını dəyişib.

 

Manset.az  xəbər verir ki, bu barədə jurnalist Viktoriya İvleva məlumat verib.

Yanvarın 12-də Rubinşteyn süni nəfəs aparatına qoşulmuşdu. Yanvarın 8-də Moskvada piyada keçidində avtomobil tərəfindən vurulan şairin vəziyyəti həkimlər tərəfindən çox ağır kimi qiymətləndirilirdi. O, çoxsaylı sınıqlar və əzilmiş xəsarətlər, həmçinin kəllə-beyin travması almışdı.

Rubinşteynin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb. Qəzanın günahkarı 63 yaşlı Aleksandr D. olub və araşdırma Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (“Yol hərəkəti qaydalarını pozma”) ilə aparılıb. Şairin ölümündən sonra maddənin dəyişdiriləcəyi güman edilir.

Lev Rubinşteyn ən məşhur müasir rus şairlərindən biri idi. O, Moskva konseptualizminin banilərindən biri idi. İfaçılıq və vizual elementləri özündə cəmləşdirən poeziyanın “kartoteka” janrı ilə məşhurlaşmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az