Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.
Manset.az xəbər verir ki, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.
Navanda qeyd edib ki, şaxta güclü yağış nəticəsində dağılıb:
“Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.
Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.