Ermənistan ordusunun hərbçisi itkin düşdü

23:25 - 13 Yanvar 2024

Ermənistan ordusunun hərbçisi itkin düşdü

Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.

Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, - deyə nazirlikdən bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az