ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir

22:00 - 14 Yanvar 2024

ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir

ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Müzakirələrdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az