NASA aylardır üzərində çalışdığı kapsulu nəhayət açdı

09:56 - 15 Yanvar 2024

NASA aylardır üzərində çalışdığı kapsulu nəhayət açdı

NASA, Osiris-Rex kosmik gəmisinin Bennu asteroidindən götürdüyü qaya və toz nümunələrinin olduğu kapsullardan birində ilişən vintlərin aylarla davam edən işlərdən sonra açıldığını açıqladı.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, elm adamları ilişmiş vintləri çıxararkən nümunələri çirkləndirməyəcək və zədələməyəcək xüsusi alətlərdən istifadə edilməsi lazım olduğuna diqqət çəkiblər.

Johnson Kosmik Mərkəzində Osiris-Rex Missiya Direktoru Dr. Nikol Lunninq “Asteroid nümunəsinin elmi dəyərini qorumaq üçün kurator tərəfindən təsdiq edilmiş materiallarla məhdudlaşmaq kimi dizayn məsələsinə əlavə olaraq, bu yeni alətlərin ölçüsü, çəkisi və fırlanma qabiliyyətinə dair məhdudiyyətlər də var idi, çünki onlar dar bir məkanda işləməli idilər” deyə bildirib.

Sözügedən iki cihazın istifadə edilməzdən əvvəl komanda tərəfindən Johnson Kosmik Mərkəzindəki sınaq laboratoriyasında sınaqdan keçirildiyi bildirilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az