Cümə günü Kolumbiyanın Choco bölgəsində magistral yolda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 33-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə güclü yağılarşdan sonra baş verib.
Çox sayda insanın yerin altında qaldığı bildirilərkən, 19 yaralıya tibbi yardım göstərilib.
Vitse-prezident Francia Marquez Mina verdiyi açıqlamada, Choco bölgəsində axtarış-xilasetmə işlərinə dəstək vermək üçün yardım təşkilatları, yerli hakimiyyət orqanları, polis və ordunun bölgəyə yönəldildiyini bildirib.
Əfsanə
Manşet.az