Tarixdə bir ilk: Kraliça II Marqret taxtdan imtina etdi - Kral bu şəxs oldu

10:15 - 15 Yanvar 2024

Tarixdə bir ilk: Kraliça II Marqret taxtdan imtina etdi - Kral bu şəxs oldu

Danimarka kraliçası II Marqret taxta çıxmasının 52-ci ildönümündə tacı oğlu Şahzadə Frederikə verərək taxtdan imtina edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kraliça Kopenhagendə baş nazirlik ofisinin də yerləşdiyi Kristiansborq sarayında Danimarka Nazirlər Kabineti ilə görüş zamanı taxtdan imtina etdiyini açıqlayıb.

Bununla, 83 yaşlı Kraliça, demək olar ki, 900 il ərzində taxtdan könüllü imtina edən ilk Danimarka monarxı olub.

Qeyd edək ki, 31 dekabr 2023-cü il tarixində yeni il çıxışında Kraliça Marqret taxtdan əl çəkəcəyini və yerini 55 yaşlı oğlu Vəliəhd Şahzadə Frederik və gəlini Kraliça Meriyə buraxacağını bildirmişdi. Danimarka kraliçası 1972-ci ildə tac taxıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az