Qəribə elan: Ev alana 4 milyonluq döyüş təyyarəsi hədiyyə olunacaq

11:50 - 15 Yanvar 2024

Qəribə elan: Ev alana 4 milyonluq döyüş təyyarəsi hədiyyə olunacaq

İngiltərədə internetdə yayımlanan bir elan hər kəsin marağına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 56 yaşlı Peter Robinson internetdə evini satışa çıxarıb və evini alana 4 milyon dəyərində döyüş təyyarəsi hədiyyə ediləcəyini bildirib.

“The Times” qəzetinə danışan Robinson Rolls-Royce Pegasus 105 turbofan mühərrikinə sahib olan təyyarənin illərdir bağçada bəzək kimi istifadə edildiyini qeyd edib.

Robinson bildirib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin 2008-ci ildə təqaüdə ayırdığı təyyarəni İpsviçdəki bir şirkətdən alıb və çox çətinliklə bağçasına yerləşdirə bilib.

Robinson açıqlamsında, “Harrier reaktivini sevən və onu pəncərənin qarşısına qoyan standart bir insanam. Düşünmürəm ki, mən bir çox cəhətdən başqalarından fərqlənirəm. Sadəcə pəncərənin qarşısına böyük bir şey qoya bildiyim üçün həqiqətən şanslıyam. İki qoşqu ilə gəldi, təsəvvür etdiyimdən çox böyük idi. O qədər böyük görünürdü ki, elə bildim ki, “Konkord” almışam və “Aman Allahım, mən nə etmişəm?” deyə düşündüm”, ifadələrini istifadə edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az