İsrail ərzaq yardımı üçün toplaşan insanları güllələdi - VİDEO

15:38 - 15 Yanvar 2024

İsrail ərzaq yardımı üçün toplaşan insanları güllələdi - VİDEO

Dünən beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsinə toplaşan minlərlə fələstinli şəhərin cənub-qərbində yerləşdirilən İsrail qüvvələri tərəfindən ağır silahlardan atəşə tutulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çoxlu fələstinli güllələnərək yaralanıb, izdihamda əzilən bir çox insanın bədənlərində sınıqlar yaranıb.

Qeyd edək ki, HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində "Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək" məqsədilə İsrailə qarşı hücumundan sonra İsrail qüvvələri artıq 101 gündür Qəzza zolağına davamlı hücumlar təşkil edir.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az