ABŞ-da qadın döyüş pilotu “Miss Amerika” seçildi

16:57 - 15 Yanvar 2024

ABŞ-da qadın döyüş pilotu “Miss Amerika” seçildi

ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən qadın qırıcı pilot Medison Marş 50 rəqibini geridə qoyaraq 2024-cü ildə “Miss Amerika” titulunu qazanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hərbi Hava Qüvvələrində leytenant rütbəsində xidmət edən Marş “Miss Kolorado” titulunu qazandıqdan sonra ölkədə bu xüsusi ada layiq görülən ilk şəxs olub.

Marsh “Miss Kolorado” titulunu qazandıqdan bir neçə gün sonra Hərbi Hava Qüvvələri Akademiyasından məzun olub. O, həmçinin Harvard Kennedi Məktəbində dövlət siyasəti üzrə magistr təhsili alıb. ABŞ Hərbi Hava Qüvvələri Tvitter hesabından verdiyi açıqlamada Marşı təbrik edib. Marş açıqlamasında tacını bu yaxınlarda xərçəngdən dünyasını dəyişən anasına həsr etdiyini bildirib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az